İndoneziyada təyyarənin qəzaya uğradığı ərazidən daha 14 nəfərin meyiti tapılıb - VİDEO - YENİLƏNİB-2

İndoneziyada təyyarənin qəzaya uğradığı ərazidən daha 14 nəfərin meyiti tapılıb - VİDEO - YENİLƏNİB-2 Bakı. 30 oktyabr. REPORT.AZ/ İndoneziyanın Yava adasının qərb sahilində sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidən daha 14 nəfərin meyiti aşkarlanıb.
Digər ölkələr
30 Oktyabr , 2018 10:44
İndoneziyada təyyarənin qəzaya uğradığı ərazidən daha 14 nəfərin meyiti tapılıb - VİDEO - YENİLƏNİB-2

Bakı. 30 oktyabr. REPORT.AZ/ İndoneziyanın Yava adasının qərb sahilində sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidən daha 14 nəfərin meyiti aşkarlanıb.

“Report” xəbər verir ki, xilasedicilər meyitləri sudan çıxarıblar. 

Bununla da qəza bölgəsində aşkarlanan meyitlərin sayı 24-ə çatıb. 


*** 07:42

Xilasedicilər İndoneziyanın Yava adasının qərb sahilində "Boeing" tipli sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən 10 nəfərin, o cümlədən körpənin meyitini aşkar ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı ölkənin milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Sayuqi bildirib.

"Dalğıclar ölən 10 nəfərin meyitini tapıblar, onların arasında bir körpə var. Bundan əlavə, göyərtədə olanların bədənlərinin hissələri ilə dolu daha 14 kisə sahilə gətirilib", - deyə "The Straits Times" nəşri məmurun sözlərini sitat gətirib.

Polis yaxın saatlarda ölənlərin qohumlarından götürülmüş DNK nümunələri əsasında qalıqların kimə məxsus olduğunu müəyyən edəcək.


***21:57

Bakı. 29 oktyabr. REPORT.AZ/ İndoneziyanın Yava adası sahillərində dənizə düşmüş "Boeing 737" tipli sərnişin təyyarəsində sağ qalan aşkar olunmayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi İndoneziyanın Axtarış və Xilasetmə Agentliyinin nümayəndəsi Bambanq Surio Aciyə istinadən "The Straits Times" qəzeti məlumat yayıb.

Onun bildirdiyinə görə, axtarış-xilasetmə əməliyyatları zamanı ölənlərin bədənlərinin hissələri aşkar edilib, lakin "sağ qalan yoxdur". O əlavə edib ki, axtarış sahəsi 150 kvadrat dəniz milinədək və 30-40 km dərinliyə qədər genişləndirilib.

Bazar ertəsi səhər İndoneziyanın Yava adası sahillərində qəzaya uğramış "Lion Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində heyət üzvləri ilə birgə 189 nəfər olub.

Son xəbərlər

Orphus sistemi