​İndoneziyada təyyarə qəzası nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb

​İndoneziyada təyyarə qəzası nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb Həlak olanlardan 34 nəfərin şəxsiyyəti müəyyənləşib
Digər ölkələr
1 İyul , 2015 08:42
​İndoneziyada təyyarə qəzası nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb

Bakı. 1 İyul. REPORT.AZ/ İndoneziyada "C-130B Hercules" tipli hərbi-nəqliyyat təyyarəsinin Medan şəhərində yaşayış evi və hotelin üzərinə düşməsi nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.

"Report" xəbər verir ki, həlak olanlardan 34 nəfərinin şəxsiyyətini müəyyən etmək mümkün olub, lakin onların cəsədləri hələ ki, qohumlarına verilmir.

Hazırda məlumdur ki, "Hercules"in göyərtəsində 101 sərnişin və 12 heyət üzvü olub. Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin havaya qalxdıqdan sonra texniki nasazlıqla üzləşdiyi bildirilir.

Təyyarə Medan şəhərində insanların sıx olduğu əraziyə düşüb, dərhal sonra partlayıb.

Son xəbərlər

Orphus sistemi