İndoneziyada təyyarə qəzası nəticəsində 8 nəfər ölüb

İndoneziyada təyyarə qəzası nəticəsində 8 nəfər ölüb Sərnişinlərdən biri sağ qalıb
Digər ölkələr
12 Avqust , 2018 10:21
İndoneziyada təyyarə qəzası nəticəsində 8 nəfər ölüb

Bakı. 12 avqust. REPORT.AZ/ İndoneziyanın şərqində itən kiçik təyyarənin göyərtəsində olan 9 nəfərdən səkkizi ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Sinhua" agentliyi məlumat yayıb.

Bildirilir ki, xəsarət almasına baxmayaraq sərnişinlərdən biri sağ qalıb.

Şənbə günü radarlardan itən təyyarə Papua əyalətinin Oksibil rayonu ərazisində qəzaya uğrayıb.

"Kyodo" agentliyinin məlumatına görə, bu ərazi hava şəraitinin tez-tez dəyişməsi səbəbindən uçuşlar üçün təhlükəli bölgə hesab olunur.

Son xəbərlər

Orphus sistemi