İndoneziyada sosial şəbəkələrə giriş məhdudlaşdırılıb

İndoneziyada sosial şəbəkələrə giriş məhdudlaşdırılıb İndoneziya hökuməti ölkədə müvəqqəti olaraq sosial şəbəkələrdə fotoşəkillərə və videoçarxlara baxışı məhdudlaşdırıb.
Digər ölkələr
22 May , 2019 15:13
İndoneziyada sosial şəbəkələrə giriş məhdudlaşdırılıb

İndoneziya hökuməti ölkədə müvəqqəti olaraq sosial şəbəkələrdə fotoşəkillərə və videoçarxlara baxışı məhdudlaşdırıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu addım paytaxt Cakartada ümumi seçkilərin nəticələri elan olunduqdan sonra başlanan kütləvi iğtişaşlar fonunda atılıb.

İndoneziyanın siyasi, hüquqi və təhlükəsizlik işləri naziri Viranto bildirib ki, bu qərarı yalan xəbərlərin və qıcıqlandırıcı mesajların yayılmasının qarşısını almaq məqsədilə veriblər.

Nazir bu məhdudlaşdırmanın müvəqqəti olduğunu vurğulayıb, dəqiq zaman müddət söyləməyib.

Qeyd edək ki, İndoneziyada keçirilmiş ümumi seçkilərin nəticələrinin elan olunmasından sonra müxalifətin etirazları səbəbilə saxlanılanların sayı 58 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi