İndoneziyada sərnişin təyyarəsi yük maşını ilə toqquşub

İndoneziyada sərnişin təyyarəsi yük maşını ilə toqquşub Göyərtədə olan 163 sərnişindən heç biri xəsarət almayıb
Digər ölkələr
24 Dekabr , 2017 06:19
İndoneziyada sərnişin təyyarəsi yük maşını ilə toqquşub

Bakı. 24 dekabr. REPORT.AZ/ Sinqapurun "SilkAir" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi İndoneziyanın Medan şəhərinin beynəlxalq hava limanında yük maşını ilə toqquşub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "The Straits Times" qəzeti yazıb.

Məlumata görə, qəza nəticəsində göyərtədə olan 163 sərnişindən heç biri xəsarət almayıb.

Şirkət nümayəndəsinin sözlərinə görə, hadisə dekabrın 23-də, təyyarə zolaq boyunca hərəkət etməyə başladığı zaman baş verib. Şəkildən görünür ki, hava gəmisinin gövdəsinin orta hissəsi zərbənin gücündən içəri batıb. Sərnişinlər boşaldıldıqdan sonra təyyarə təmir anqarına aparılıb, sərnişinlər üçün isə Sinqapurdan yeni təyyarə göndərilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Son xəbərlər

Orphus sistemi