Yuxarı

İndoneziyada qayığın batması nəticəsində 7 məktəbli boğulub

Qəzaya qayığa normadan artıq məktəblinin minməsi səbəb olub

Bakı. 9 oktyabr. REPORT.AZ/ İndoneziya polisi bir neçə gün bundan əvvəl qayığın aşması nəticəsində itmiş 7 məktəblinin cəsədini aşkarlayıb.

"Report"un məlumatına görə, bu barədə "Detik" nəşri xəbər yayıb.

Məlumata görə, onların cəsədi Yava adasındakı Solo çayında tapılıb. Hadisə vaxtı qayıqda 25 nəfər olub.

Onların əksəriyyəti üzərək sahilə çıxmağa müvəffəq olublar. Lakin bəziləri suda boğulub.

İlkin məlumata görə, qəzaya qayığa normadan artıq məktəblinin minməsi səbəb olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi