İndoneziyada polis məntəqəsində partlayış olub, 6 nəfər yaralanıb

İndoneziyada polis məntəqəsində partlayış olub, 6 nəfər yaralanıb İndoneziyanın qərbində polis məntəqəsində partlayış olub.
Digər ölkələr
13 Noyabr , 2019 12:50
İndoneziyada polis məntəqəsində partlayış olub, 6 nəfər yaralanıb
The Daily Star

İndoneziyanın qərbində polis məntəqəsində partlayış olub.

"Report" TASS-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.

Hadisə nəticəsində 4-ü polis əməkdaşı olmaqla 6 nəfər yaralanıb.

Eyni zamanda partlayış 3 polis avtomobilinə də ziyan vurub.

Hazırda hadisənin başvermə şəraitini müəyyənləşdirmək üçün istintaq tədbirləri aparılır, təşkilatçıların axtarışı həyata keçirilir.

Hələlik partlayışa görə məsuliyyəti bölgədə fəaliyyət göstərən ekstremist qruplaşmalardan heç biri üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi