İndoneziya hökuməti paytaxtın Kalimantan adasına köçürülməsilə bağlı layihənin icrasını dayandıraraq bunun üçün ayrılan vəsaitin bir hissəsini koronavirusa qarşı mübarizəyə yönəldib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə aprelin 23-də ölkənin maliyyə naziri Sri Mulyani İnravati bildirib.
O, işlərin gələn il davam edə biləcəyini qeyd edib. Nazirin sözlərinə görə, bu layihəyə məsul olan İctimai İşlər Nazirliyi ayrılan vəsaitin əksər hissəsini, o cümlədən infrastruktur layihələr üçün nəzərdə tutulanların da bir hissəsini COVID-19 epidemiyasına qarşı tədbirlərə yönəldib.
“Onlar vəsaiti mövcud xəstəxanaların yenidən qurulmasına və yenilərinin tikintisinə xərcləyib”, - nazir videokonfransda bildirib.