İndoneziyada otelin üzərinə torpaq sürüşüb, 7 tələbə ölüb

İndoneziyada otelin üzərinə torpaq sürüşüb, 7 tələbə ölüb Bakı. 2 dekabr. REPORT.AZ/ İndoneziyanın qərbində yerləşən Şimali Sumatra əyalətindəki mehmanxana üzərinə torpaq sürüşməsi nəticəsində ən az 7 nəfər ölüb, 7-si yaralanıb.
Digər ölkələr
2 Dekabr , 2018 23:50
İndoneziyada otelin üzərinə torpaq sürüşüb, 7 tələbə ölüb

Bakı. 2 dekabr. REPORT.AZ/ İndoneziyanın qərbində yerləşən Şimali Sumatra əyalətindəki mehmanxana üzərinə torpaq sürüşməsi nəticəsində ən az 7 nəfər ölüb, 7-si yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü yerli xilasetmə xidmətinə istinadən "Sinhua" məlumat yayıb.

Bildirilir ki, 14 nəfərin hamısı tələbədir və onlar Karo dairəsinin Daulu kəndindəki oteldə qalıblar.

Yaralılar yerli xəstəxanlara yerləşdiriliblər. Onların səhhəti barədə məlumat yoxdur. Həkimlər meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə məşğuldurlar.

Bundan əvvəl İndoneziyada 6,3 bal gücündə zəlzələ olub.

Son xəbərlər

Orphus sistemi