İndoneziyada koronavirusa yoluxanların sayı 49 mini keçdi

İndoneziyada koronavirusa yoluxanların sayı 49 mini keçdi İndoneziyada son sutkada 1 113 nəfər yeni növ koronavirusa yoluxub. Bununla da ölkədə təsdiqlənmiş COVID-19 xəstələrinin sayı 49 mini keçib.
Digər ölkələr
24 İyun , 2020 13:54
İndoneziyada koronavirusa yoluxanların sayı 49 mini keçdi

İndoneziyada son sutkada 1 113 nəfər yeni növ koronavirusa yoluxub. Bununla da ölkədə təsdiqlənmiş COVID-19 xəstələrinin sayı 49 mini keçib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İndoneziyada 49 009 nəfərdə koronavirus aşkarlanıb, 2 573 COVID-19 xəstəsi ölüb. Son sukada ölüm sayı 38 olub. 

Qeyd olunub ki, 19 658 nəfər yoluxmadan sonra sağalıb.

Son xəbərlər

Orphus sistemi