İndoneziyada koronavirusa yoluxanların sayı 20 mini ötdü

İndoneziyada koronavirusa yoluxanların sayı 20 mini ötdü İndoneziyada son sutkada daha 973 nəfər koronavirusa yoluxub.
Digər ölkələr
21 may 2020 09:55
İndoneziyada koronavirusa yoluxanların sayı 20 mini ötdü

İndoneziyada son sutkada daha 973 nəfər koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı İndoneziya Səhiyyə Nazirliyi yayıb.

Ölkədə virusa yoluxanların ümumi sayı 20 162-yə, ölənlərin sayı isə 1 278-ə çatıb.

İndoneziyada 4,8 mindən çox pasiyent sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,1 milyonu ötüb. Bunların 2 milyon nəfərdən çoxu sağalıb, 330 mindən çoxu isə ölüb. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi