İndoneziyada kilsədə partlayış baş verib, yaralananlar var

İndoneziyada kilsədə partlayış baş verib, yaralananlar var Partlayıcı qurğunu işə salan İŞİD terror qruplaşmasının üzvü olub
Digər ölkələr
28 Avqust , 2016 09:34
İndoneziyada kilsədə partlayış baş verib, yaralananlar var

Bakı. 28 avqust. REPORT.AZ/ Naməlum şəxs İndoneziyanın Şimali Sumatra əyalətinin inzibati mərkəzi Medan şəhərindəki katolik kilsəsində moizə zamanı partlayıcı qurğunu işə salıb.

"Report"un məlumatına görə, bu barədə "ANTARA" agentliyi xəbər yayıb.

Məlumata görə, partlayış zamanl pastor və yaraqlının özü xəsarət alıb.

Hazırda ətraf ərazi mühasirəyə alınıb, polis kilsədə axtarış aparır.

Şahidlərin ifadələrinə görə, partlayıcı qurğunu işə salan İŞİD terror qruplaşmasının üzvü olub.

Son xəbərlər

Orphus sistemi