İndoneziyada güclü zəlzələdən sonra sunami baş verib - YENİLƏNİB - VİDEO

İndoneziyada güclü zəlzələdən sonra sunami baş verib - YENİLƏNİB - VİDEO Bakı. 28 sentyabr. REPORT.AZ/ İndoneziyada güclü zəlzələdən sonra sunami baş verib.
Digər ölkələr
28 Sentyabr , 2018 18:45
İndoneziyada güclü zəlzələdən sonra sunami baş verib - YENİLƏNİB - VİDEO
0 : 00
0 : 00

Bakı. 28 sentyabr. REPORT.AZ/ İndoneziyada güclü zəlzələdən sonra sunami baş verib. 

“Report” İndoneziya KİV-inə istinadən xəbər verir ki, ölkənin sahilləri iki metrə yaxın hündürlükdə sunami dalğalarının altında qalıb.

İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.


*** 14:48

İndoneziyada 7,7 bal gücündə zəlzələ olub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, yeraltı təkanlar ölkənin Sulavesi adasında qeyd alınıb.

Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Ölən, xəsarət alan və dağıntılar barədə məlumat yayılmayıb.

Qeyd edək ki, sentyabrın 28-də yerli vaxtla səhər saatlarında İndoneziyada baş vermiş 6,1 bal gücündə zələzələ nəticəsində 1 nəfər ölmüş, 10 nəfər yaralanmışdı. 

Son xəbərlər

Orphus sistemi