İndoneziyada güclü daşqınlara görə minlərlə insan təxliyyə edilib

İndoneziyada güclü daşqınlara görə minlərlə insan təxliyyə edilib Torpaq sürüşməsi nəticəsində 2 nəfər ölüb
Digər ölkələr
6 Fevral , 2018 11:57
İndoneziyada güclü daşqınlara görə minlərlə insan təxliyyə edilib

Bakı. 6 fevral. REPORT.AZ/ İndoneziyanın Qərbi Yava vilayətində leysan yağışlarının səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 2 nəfər ölüb.

Bu barədə "Report" AP-yə istinadən xəbər verir.

Polis əməkdaşları və yerli sakinlər itkin hesab edilən daha 4 nəfəri axtarır.

Yerli KİV İndoneziyanın paytaxtı Cakarta şəhərində və qonşu ərazilərdə, təqribən, 5 min insanın güclü daşqınlardan əziyyət çəkdiyini yazıb. Davam edən güclü leysan yağışlarına görə Cakartadan keçən Çilivunq çayı məcrasından çıxıb.

Cakartanın qubernatoru Anies Basvedan bildirib ki, paytaxtın bir neçə min sakinini təxliyyə etmək məcburiyyətində qalıblar, amma çox vətəndaş evlərində qalmağı üstün tutub. 

Son xəbərlər

Orphus sistemi