Bakı. 18 iyun. REPORT.AZ/ İndoneziyada göyərtəsində 80 nəfərin olduğu gəmi batıb.
"Report" "İnterfax.ru"ya istinadən xəbər verir ki, hadisə Toba gölündə baş verib.
Hadisə nəticəsində azı 1 nəfər ölüb. Bildirilir ki, 18 nəfərin həyatını xilas etmək mümkün olub. Digər sərnişinlərin aqibəti məlum deyil.
Hazırda xilasetmə işləri davam etdirilir.