İndoneziyada göyərtəsində 189 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb - VİDEO - YENİLƏNİB

İndoneziyada göyərtəsində 189 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb - VİDEO - YENİLƏNİB Bakı. 29 oktyabr. REPORT.AZ/ Bazar ertəsi səhər İndoneziyanın Yava adası sahillərində qəzaya uğramış Lion Air aviaşirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində heyət üzvləri ilə birgə 189 nəfər olub.
Digər ölkələr
29 Oktyabr , 2018 07:22
İndoneziyada göyərtəsində 189 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb - VİDEO - YENİLƏNİB

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bazar ertəsi səhər İndoneziyanın Yava adası sahillərində qəzaya uğramış "Lion Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində heyət üzvləri ilə birgə 189 nəfər olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyinə istinadən "Reuters" məlumat yayıb.

Paytaxt Cakartadan Pankalpinanq şəhərinə gedən təyyarə uçduqdan 13 dəqiqə sonra radarlardan itib. Sonradan təyarənin Yava adasının qərb sahillərində dənizə düşdüyü məlum olub.

Artıq təyyarənin qəzaya uğradığı yer əraziyə göndərilmiş vertolyot və üç gəmi tərəfindən aşkar edilib.


***06:26

Bakı. 29 oktyabr. REPORT.AZ/ İndoneziyada "Lion Air" lou-kost aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyarəsi qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadən CGTN məlumat yayıb.

Qəza təyyarə daxili reys ilə paytaxt Cakartadan Panqkal-Pinanq şəhərinə uçan zaman baş verib.

Hadisə barədə ilk xəbəri yerli axtarış və xilasetmə xidməti əməkdaşına istinadən "Reuters" yayıb.

"Lion Air" bazar ertəsi səhər hava gəmisi ilə əlaqənin itdiyini təsdiq edib.

Təyyarənin 210 nəfərlik sərnişin tutumuna malik olduğu bildirilir. Hazırda ölən və yaralananlar haqqında məlumat yoxdur.

Bundan əvvəl Amerikanın Florida ştatında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi