İndoneziyada gəmi qəzası nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb

İndoneziyada gəmi qəzası nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb İndoneziyanın Yava adasının şimal-şərq sahilləri yaxınlığında sərnişin gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb, 3 nəfər itkin düşüb.
Digər ölkələr
19 İyun , 2019 06:59
İndoneziyada gəmi qəzası nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb

İndoneziyanın Yava adasının şimal-şərq sahilləri yaxınlığında sərnişin gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb, 3 nəfər itkin düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Detik" portalı bildirib.

Şərqi Yava vilayətinin Polis İdarəsinin rəisi Frans Barunq Manqer bildirib ki, xilasedicilər axtarış işlərini davam etdirirlər. "Gəminin 39 sərnişini xilas edilib. Dəqiqləşdirilmiş məlumata görə, hadisə zamanı gəmidə azı 60 nəfər olub", - deyə o bildirib.

İlkin versiyaya görə, qəzaya güclü dalğalar və gəminin çox yüklənməsi səbəb olub. 

Son xəbərlər

Orphus sistemi