İndoneziyada ekstremizmdə şübhəli bilinən 17 nəfər saxlanılıb

İndoneziyada ekstremizmdə şübhəli bilinən 17 nəfər saxlanılıb Saxlanılanlar Suriyadan ölkəyə qayıdan vətəndaşlardır
Digər ölkələr
22 Yanvar , 2017 22:31
İndoneziyada ekstremizmdə şübhəli bilinən 17 nəfər saxlanılıb

Bakı. 22 yanvar. REPORT.AZ/ İndoneziya polisi ekstremizmdə şübhəli bilinən 17 nəfəri saxlayıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Məlumatda bildirilir ki, saxlanılanlar Suriyadan qayıdan ölkə vətəndaşlarıdır. Onlar Suriya ərazisində ekstremist fəaliyyət göstərməkdə şübhəli bilinirlər.

"Hazırda onlar sorğu-sual edilirlər. Əgər terrorçuluqla bağlı nəsə müəyyən etsək, təhqiqat davam edəcək. Əks təqdirdə saxlanılanlar buraxılacaq" – deyə ölkənin miqrasiya xidmətinin nümayəndəsi bildirib. 

Son xəbərlər

Orphus sistemi