İndoneziyada daşqınlarda ölənlərin sayı 26 nəfərə çatıb

İndoneziyada daşqınlarda ölənlərin sayı 26 nəfərə çatıb İndoneziyanın paytaxtı Cakarta və ona yaxın ərazilərdə daşqınlar zamanı həlak olanların sayı 26 nəfərə çatıb.
Digər ölkələr
2 yanvar 2020 14:16
İndoneziyada daşqınlarda ölənlərin sayı 26 nəfərə çatıb

İndoneziyanın paytaxtı Cakarta və ona yaxın ərazilərdə daşqınlar zamanı həlak olanların sayı 26 nəfərə çatıb.

“Report” un məlumatına görə, bu barədə “Jakarta Post” ölkənin İctimai İşlər Nazirliyinə istinadən xəbər verib.

Ölənlər 5-60 yaş arası olan yerli sakinlərdir. Məlumata görə, daşqın zonasından 31 mindən çox insan təxliyə edilib.

Bildirilib ki, xilasetmə qrupları yerli sakinləri təxliyə etmək üçün şəhərin bəzi ərazilərinə daxil ola bilmir.

Son xəbərlər

Orphus sistemi