İndoneziyada daşqınlar 40 mindən çox sakinə ziyan vurub

İndoneziyada daşqınlar 40 mindən çox sakinə ziyan vurub Təbii fəalkət nəticəsində ölkənin 7 rayonunu su basıb
Digər ölkələr
11 Fevral , 2017 18:03
İndoneziyada daşqınlar 40 mindən çox sakinə ziyan vurub

Bakı. 11 fevral. REPORT.AZ/ İndoneziyadakı daşıqınlar 40 mindən çox insana ziyan vurub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkənin Bali adasında isə torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

5 gündür yağan leysan Sumbava adasında çayın daşmasına səbəb olub. Təbii fəalkət nəticəsində ölkənin 7 rayonunu su basıb.

40 mindən çox insana ziyan dəyib. Məlumatda bildirilib ki, su basan iki rayon ərazisində yaşayan 8 mindən çox sakin isə binada ətraf aləmdən təcrid edilmiş vəziyyətdədirlər. Həmin bölgələrə yalnız rezin qayıqlarla getmək mümkündür.

Son xəbərlər

Orphus sistemi