Yuxarı

​İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb

19 nəfər itkin düşmüş hesab olunur

Bakı. 19 iyun. REPORT.AZ/ İndoneziyanın Yava adasında baş verən daşqın və sürüşmə qurbanlarının sayı 31 nəfərə çatıb.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, hazırda daha 19 nəfərin axtarışları davam etdirilir.

"Hazırda biz 31 nəfərin meyitini tapmışıq. 19 nəfər hələ də, itkin düşmüş hesab olunur", — deyə ölkənin fövqəladə vəziyyətlər üzrə agentliyinin nümayəndəsi Sutopo Purvo Nuqroxo bildirib.

***11:17

İndoneziyanın Yava adasında baş verən daşqınlar nəticəsində ən azı 24 nəfər ölüb, 20-dən artıq insan itkin düşüb.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, bu barədə ölkənin fövqəladə vəziyyətlər üzrə agentliyinin nümayəndəsi Sutopo Purvo Nuqroxo məlumat verib.

"İlkin məlumatlara görə, Mərkəzi Yava əyalətində daşqın və sürüşmə 24 nəfərin ölümünə gətirib çıxarıb, daha 26 nəfər hələ də, itkin düşmüş hesab olunur", — deyə o bildirib.

Təbii fəlakət nəticəsində bir neçə yüz ev su altında qalıb. Güclü yağışlar palçıq selinə və sürüşməyə səbəb olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi