​İndoneziyada Asiya və Afrika dövlətlərinin sammiti keçirilir

​İndoneziyada Asiya və Afrika dövlətlərinin sammiti keçirilir Tədbir Bandonq konfransının 60 illiyinə həsr olunub
Digər ölkələr
22 Aprel , 2015 10:42
​İndoneziyada Asiya və Afrika dövlətlərinin sammiti keçirilir

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün İndoneziyada Asiya və Afrika dövlətlərinin sammiti başlayıb.

"Report" xəbər verir ki, bu haqda İndoneziya KİV-i məlumat yayıb.

Xəbərə görə, tədbirdə Azərbaycan Respubilkası da rəsmi şəkildə təmsil olunur.

İndoneziya prezidenti Coko Vidodo konfransı açaraq, toplantı iştirakçılarını salamlayıb.

Yığıncaq Asiya və Afrika arasında inteqrasiyanın genişləndirilməsinə həsr olunan Bandonq konfransının 60 illiyi münasibətilə keçirilir.

Aprelin 22-də axşam saatlarında Cakarta sarayında İslam Əməkdaşlıq Təşkilatı ölkələri başçıları və rəsmilərinin iclası keçiriləcək. Yığıncaqda Yaxın və Orta Şərqdə baş verən hadisələr, o cümlədən Fələstin dövlətinin yaranması,Yəmən böhranından çıxış yolu və beynəlxalq məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Sammitdə 80-dən artıq Asiya və Afrika ölkəsinin başçısı, yüksək səviyyəli rəsmilər iştirak edir.

Son xəbərlər

Orphus sistemi