İndoneziyada Anak Krakatau vulkanı yenidən püskürüb

İndoneziyada Anak Krakatau vulkanı yenidən püskürüb Bakı. 3 yanvar. REPORT.AZ/ İndonesiyaya məxsus Yava və Sumatra adaları arasındakı Sunda boğazında yerləşən Anak Krakatau vulkanı yenidən püskürüb.
Digər ölkələr
3 Yanvar , 2019 12:45
İndoneziyada Anak Krakatau vulkanı yenidən püskürüb

Bakı. 3 yanvar. REPORT.AZ/ İndonesiyaya məxsus Yava və Sumatra adaları arasındakı Sunda boğazında yerləşən Anak Krakatau vulkanı yenidən püskürüb.

“Report” “Detik” portalına istinadən xəbər verir ki, müşahidə nöqtəsindən verilən məlumata görə, külün 2 kilometrədək yüksəkliyə püskürüldüyü vulkana hökumət 5 kilometrdən az məsafəyə yaxınlaşmamağı tövsiyə edib.

Bundan əvvəl bölgədə baş verən 5,3 maqnitudalı zəlzələ nəticəsində adı çəkilən adaların sahillərində tsunami fəlakəti zamanı 430 nəfərin həlak olduğu, 7 mindən artığın də xəsarət aldığı, 40 minədək sakinin ev-eşiklərini tərk etdiyi bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi