İndoneziyanın Yava adasında zəlzələ nəticəsində 3 nəfər ölüb - YENİLƏNİB

İndoneziyanın Yava adasında zəlzələ nəticəsində 3 nəfər ölüb - YENİLƏNİB Yeraltı təkanlar bir neçə binanı dağıdıb
Digər ölkələr
101
11 Oktyabr , 2018 04:41
İndoneziyanın Yava adasında zəlzələ nəticəsində 3 nəfər ölüb - YENİLƏNİB

Bakı. 11 oktyabr. REPORT.AZ/ İndoneziyanın Şərqi Yava əyalətində baş vermiş 6,3 maqnituda zəlzələ nəticəsində ən azı 3 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı ölkənin Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Agentliyinin rəsmi nümayəndəsi Sutopo Nuqroxo "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, yeraltı təkanlar nəticəsində bir neçə bina dağılıb.

Zəlzələ Bali adasında da hiss olunub. Sunami təhlükəsi elan olunmayıb.


***23:37

Bakı. 10 oktyabr. REPORT.AZ/ İndoneziyanın Yava adası sahillərində 6 maqnituda gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri dənizdə, Surabaya şəhərindən 184 km şərqdə qeydə adınıb.

Bildirilir ki, zəlzələ Bakı vaxtı ilə 22:44-də olub və təbii fəlakətin ocağı 30 km dərinlikdə yerləşib.

Sentyabrın sonunda Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində 2 minə yaxın insan həyatını itirib.

Avqustun 5-də İndoneziyada baş verən 6,9 şiddətində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi