İndoneziyada 5,2 bal gücündə zəlzələ olub

İndoneziyada 5,2 bal gücündə zəlzələ olub Bu son iki gündə baş vermiş dördüncü zəlzələdir
Digər ölkələr
3 Sentyabr , 2017 01:14
İndoneziyada 5,2 bal gücündə zəlzələ olub

Bakı. 3 sentyabr. REPORT.AZ/ İndoneziyanın cənub-şərqindəki Sumatra adasının Lampunq vilayətində 5,2 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, zəlzələnin episentri Zond körfəzində yerləşib. Yeraltı təkanlar qonşu ərazilərdə də hiss edilib.

Dağıntı və ya tələfat yoxdur. 

Bu, son iki gündə İndoneziyada baş vermiş dördüncü zəlzələdir. 

Son xəbərlər

Orphus sistemi