Bakı. 10 fevral. REPORT.AZ/ İndoneziyanın şimalında 5,0 bal gücündə zəlzələ baş verib.
"Report"un RİA "Novosti" agentliyinə istinadən məlumatına görə, yeraltı təkanların episentri Siou arxipelaqından 67 km cənub-şərqdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.