İndoneziyada 178 sərnişinin olduğu bərə yanıb: ölənlər və itkin düşənlər var

İndoneziyada 178 sərnişinin olduğu bərə yanıb: ölənlər və itkin düşənlər var Hadisə zamanı 3 nəfər ölüb, 84 sərnişinin taleyi naməlumdur
Digər ölkələr
20 May , 2017 07:30
İndoneziyada 178 sərnişinin olduğu bərə yanıb: ölənlər və itkin düşənlər var
Courtesy İmage

Bakı. 20 may. REPORT.AZ/ İndoneziyada 178 sərnişinin olduğu bərə yanıb.

"Report"un məlumatına görə, bu barədə "Maritime Executive" nəşri xəbər verib.

Nəşrin məlumatına görə, hadisə zamanı 3 nəfər ölüb, 84 sərnişinin taleyi isə naməlumdur. Ölkənin xilasetmə xidməti 91 nəfərin xilas edildiyini bildirib.

Bərə Yava adasından Borneo adasına doğru hərəkət edirmiş. Yanğın başlayanda ekipaj üzvləri alovu söndürməyə çalışıb. Lakin onlar buna nail ola bilməyiblər. Belə olduqda kapitan heyət üzvlərinə və sərnişinlərə bərəni tərk etmək və xilasetmə jiletlərini geymək göstərişini verib.

İtkin düşənlərin axtarışına başlanılıb.

Son xəbərlər

Orphus sistemi