Yuxarı

İndoneziya təyyarəsinin qəza səbəbləri açıqlanıb

Təyyarə ötən il dekabr ayında Yava dənizinə düşüb. 162 nəfər həlak olub.

Bakı. 1 dekabr. REPORT.AZ/ İndoneziyalı təhqiqatçılar AirAsia təyyarəsinin ümumi sistemindəki problem səbəbi ilə pilotların idarəetməni itirdiyini bildirib. Təyyarə ötən il dekabr ayında Yava dənizinə düşüb.

"Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, yekun hesabatda İndoneziyaMilli Nəqliyyat Təhlükəsizliyi Komitəsi "Aerobus A320"-nin uçuşa nəzarət sisteminin lehiminin çatladığı və nəticədə siqnalizasiyanın işə düşdüyü qənaətinə gəlib.

Təhqiqatçıların sözlərinə görə, qara qutudakı məlumata əsasən ekipaj üzvləri sükan sistemini idarə edən kompyuteri söndürməyə çalışıblar ki, buna da uçuş zamanı icazə verilmir.

Bundan əvvəlki hesabatda komitə təyyarənin kəskin sürətdə yüksəldiyini daha sonra isə suya dəymədən öncə dayandığını bildidib. Təyyarədə olan 162 nəfərin hamısı həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi