Bakı. 15 noyabr. REPORT.AZ/ İndoneziya sahillərində 7,3 bal gücündə zəlzələ olub. "Report" ABŞ Geoloji Xidmətinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Molukk adalarının tərkibindəki Ternate adasından 155 km şimal-qərbdə 47 km dərinlikdə olub.
Sakit Okean Sunami Xəbərdarlığı Mərkəzi zəlzələnin episentrindən 300 km radiusda sunami təhlükəsi elan edib.