İndoneziyada zəlzələ nəticəsində 20 nəfər ölüb - YENİLƏNİB

İndoneziyada zəlzələ nəticəsində 20 nəfər ölüb - YENİLƏNİB Təbii fəlakət onlarla evi, binanı və məbədi dağıdıb
Digər ölkələr
7 Dekabr , 2016 07:02
İndoneziyada zəlzələ nəticəsində 20 nəfər ölüb - YENİLƏNİB

Bakı. 7 dekabr. REPORT.AZ/ Çərşənbə günü İndoneziya sahillərində baş verən 6,4 bal gücündə zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb və onlarla insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Təbii fəlakət onlarla evi, binanı və məbədi dağıdıb.

***04:22

İndoneziyanın Sumatra adası sahillərində 6,5 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 02:03-də qeydə alınıb. Zəlzələnin episentri Siqli yaşayış məntəqəsindən 21 km. şərqdə, yerin 10 km. dərinliyində olub.

Son xəbərlər

Orphus sistemi