İndoneziya sahillərində 6,1 maqnituda gücündə zəlzələ olub

İndoneziya sahillərində 6,1 maqnituda gücündə zəlzələ olub Bakı. 22 yanvar. REPORT.AZ/ Çərşənbə axşamı İndoneziya sahillərində 6,1 maqnituda gücündə zəlzələ baş verib.
Digər ölkələr
22 Yanvar , 2019 06:19
İndoneziya sahillərində 6,1 maqnituda gücündə zəlzələ olub

Bakı. 22 yanvar. REPORT.AZ/ Çərşənbə axşamı İndoneziya sahillərində 6,1 maqnituda gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Şərqi Nusa-Tenqara əlayətindəki adadan 76 km məsafədə qeydə alınıb.

Zəlzələnin ocağı yerin 31 km dərinliyində olub. Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Daha əvvəl Peru və Ekvadorda güclü zəlzələ baş verib.

Son xəbərlər

Orphus sistemi