İndoneziya sahilləri yaxınlığında 5,2 maqnitudalı zəlzələ olub

İndoneziya sahilləri yaxınlığında 5,2 maqnitudalı zəlzələ olub Ölü və xəsarət alanlar barədə hələlik məlumat yoxdur
Digər ölkələr
30 Dekabr , 2017 01:49
İndoneziya sahilləri yaxınlığında 5,2 maqnitudalı zəlzələ olub

Bakı. 30 dekabr. REPORT.AZ/ İndoneziyanın Sumatra adasının qərbində 5,2 maqnitudalı zəlzələ olub.

"Report" "RT"-ə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 19:14-də baş verib. Zəlzələnin episentri Benkulu şəhərinin 176 km şimal-qərbində qeydə alınıb.

Hələlik xəsarət alanlar və dağıntı barədə məlumat yoxdur.