İndoneziya polisi Yeni il gecəsi planlaşdırılmış terror aktının qarşısını alıb

İndoneziya polisi Yeni il gecəsi planlaşdırılmış terror aktının qarşısını alıb Hələlik polisin iki şübhəlini həbs etdiyi bildirilir
Digər ölkələr
26 Dekabr , 2016 23:40
İndoneziya polisi Yeni il gecəsi planlaşdırılmış terror aktının qarşısını alıb

Bakı. 26 dekabr. REPORT.AZ/ İndoneziya polisi bu ölkədə Yeni il gecəsi planlaşdırılmış terror aktının qarşısını aldığını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, İŞİD qruplaşması tərəfindən dəstəklənən silahlılar Yeni il gecəsi polis postuna hücum etməyi planlaşdırıblar. Hələlik polisin iki şübhəlini həbs etdiyi bildirilir.

Silahlılardan bir neçəsi ötən bazar günü polisin keçirdiyi reyd zamanı asayiş keşikçilərinə hücum ediblər. Silahlı insident zamanı onlardan bir neçəsi öldürülüb.

Xəbərdə həmçinin qeyd edilir ki, polis ötən həftə prezident sarayında terror aktları hazırlamaqda şübhəli bilinən 14 nəfəri dindirib. 

Son xəbərlər

Orphus sistemi