İndoneziya parlamentinin sədri korrupsiyada ittiham olunaraq həbs edilib

İndoneziya parlamentinin sədri korrupsiyada ittiham olunaraq həbs edilib O, dövlətin 170 milyon dollara yaxın maliyyə vəsaitini mənimsəməkdə ittiham olunur
Digər ölkələr
20 Noyabr , 2017 09:54
İndoneziya parlamentinin sədri korrupsiyada ittiham olunaraq həbs edilib
AP/ Tatan Syuflana

Bakı. 20 noyabr. REPORT.AZ/ İndoneziya parlamentinin sədri Setiyu Novanto həbs olunub. 

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu İndoneziya KİV-i yazıb. 

Məlumata görə, o, dövlətin 170 milyon dollara yaxın maliyyə vəsaitini mənimsəməkdə ittiham olunur. Parlament sədrinin əməlini  ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komissiyası araşdırır və bu komissiyanın sanksiyası ilə həbs olunub. 

İnformasiyaya əsasən, 2009-cu ildə İndoneziyada yeni şəxsiyyət vəsiqələrinin verilməsini nəzərdə tutan layihəyə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin mənimsənliməsində S.Novantonun da adı hallanır.

Korrupsiyaya Qarşı Mübarizə Komissiyası ötən həftə parlament sədrinin evində axtarış aparıb. O, həmin gün evdə olmayıb. Hökumət orqanları S.Novantonu növbəti gün öz avtomobilində qəzaya düşəndən sonra tapıb. O, müayinə olunmaq üçün dövlət xəstəxanalarından birinə yerləşdirilib. Həkimlər onun səhhətində ciddi problem olmadığnı bildiriblər. Evinə qayıdan parlament sədrini noyabrın 20-də əlil arabasında sorğulamaq üçün komissyaya aparıblar.

Onun növbəti dindirilməsi noyabrın 30-da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi