İndoneziya parlamentinin büdcə vəsaitini mənimsəməkdə şübhəli bilinən sədri istefa verib

İndoneziya parlamentinin büdcə vəsaitini mənimsəməkdə şübhəli bilinən sədri istefa verib Bakı. 11 dekabr. REPORT.AZ/ İndoneziya parlamentinin dövlət büdcəsindən, təxminən, 170 milyon dollar mənimsəməkdə şübhəli bilinən sədri Setiya Novanto istefa verib.
Digər ölkələr
11 Dekabr , 2017 16:28
İndoneziya parlamentinin büdcə vəsaitini mənimsəməkdə şübhəli bilinən sədri istefa verib

Bakı. 11 dekabr. REPORT.AZ/ İndoneziya parlamentinin dövlət büdcəsindən, təxminən, 170 milyon dollar mənimsəməkdə şübhəli bilinən sədri Setiya Novanto istefa verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Etik məsələlər üzrə parlament komitəsinin sədr müavini Sarifuddina Suddinqa məlumat verib.

S.Novanto Əziz Syamsuddini yeni sədr təyin edib. S.Suddinqanın sözlərinə görə, İndoneziya Xalq Nümayəndələr Şurasının rəhbərliyi S.Novantodan 4 və 6 dekabr tarixlərində iki məktub alıb.

Qeyd edək ki, İndoneziya Antikorrupsiya Komissiyası S.Novantonu dövlət büdcəsindən pul vəsaitlərini mənimsəməkdə şübhəli bilərək saxlayıb. Məmur ölkədə yeni şəxsiyyət vəsiqələrinin tətbiq edilməsinə dair 2009-cu ildə başladılan dövlət layihəsi üçün nəzərdə tutulan büdcə vəsaitlərinin mənimsənilməsi üzrə işin əsas fiqurlarından biridir. 

Son xəbərlər

Orphus sistemi