İndiana sakini Trampı güllələməyə təhdid etməkdə ittiham olunur

İndiana sakini Trampı güllələməyə təhdid etməkdə ittiham olunur ABŞ-ın İndiana ştatının sakini Prezident Donald Trampı güllələləmək təhdidində ittiham edilir.
Digər ölkələr
20 Aprel , 2019 02:32
İndiana sakini Trampı güllələməyə təhdid etməkdə ittiham olunur

ABŞ-ın İndiana ştatının sakini Prezident Donald Trampı güllələləmək təhdidində ittiham edilir.

Bu barədə "Report" AP-ə istinadən xəbər verir.

Qeyd edilir ki, ittihamlara səbəb 20 yaşlı Steffon Qonsalesin "facebook"da yazdığı statuslar səbəb olub. İttihamnaməyə əsasən Trampın səfər etdiyi ərazinin yaxınlığında olan Qonsales status yazaraq, prezidentin başına güllə atmağa hazır olduğunu bildirib. Tramp isə həmin gün Miçiqanda, Qrand-Rapidsedə mitinq keçirib. 

Hazırda Qonsales Prezidenti hədələməkdə ittiham edilir.

Daha əvvəl ABŞ Prezidenti Konqresin Birləşmiş Ştatların Yəməndə döyüş əməliyyatlarında iştirakının dayandırılmasını nəzərdə tutan qətnaməsinə veto qoyub.

Son xəbərlər

Orphus sistemi