Pakistanın Baş naziri Türkiyə Prezidenti ilə vasitəçilik üçün əlaqə saxlayacağını bildirib

Pakistanın Baş naziri Türkiyə Prezidenti ilə vasitəçilik üçün əlaqə saxlayacağını bildirib Bakı. 28 fevral. REPORT.AZ/ “Pakistanla Hindistan arasında gərginliyin azalmasında vasitəçilik etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışacağam”.
Digər ölkələr
28 Fevral , 2019 17:29
Pakistanın Baş naziri Türkiyə Prezidenti ilə vasitəçilik üçün əlaqə saxlayacağını bildirib
0 : 00
0 : 00

Bakı. 28 fevral. REPORT.AZ/ “Pakistanla Hindistan arasında gərginliyin azalmasında vasitəçilik etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışacağam”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan Hindistan məsələsini ölkə parlamentinin iki palatasının üzvləri - deputatlar və senatorlarla müzakirə edərkən bildirib.

“Dostlarımızla əlaqə saxlayıb gərginliyin azaldılmasında vasitəçilik etmələrini istəyəcəyik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da bu məsələyə görə əlaqə saxlayacağam”, - deyə İmran Xan vurğulayıb.

O, barış göstəricisi olaraq, əsir götürdükləri hindistanlı pilotu martın 1-də sərbəst buraxacaqlarını da vurğulayıb.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Maykl Pompeo vasitəçilik etməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, fevralın 27-də Pakistan Hindistanın iki təyyarəsini vurub.

Son xəbərlər

Orphus sistemi