Pakistanın Baş naziri Hindistan rəhbərliyinə müraciət edib

Pakistanın Baş naziri Hindistan rəhbərliyinə müraciət edib Bakı. 27 fevral. REPORT.AZ/ “Bu iş həm sizin, həm də bizim nəzarətimizdən çıxa bilər”.
Digər ölkələr
27 Fevral , 2019 14:58
Pakistanın Baş naziri Hindistan rəhbərliyinə müraciət edib
İmran Xan
0 : 00
0 : 00

Bakı. 27 fevral. REPORT.AZ/ “Bu iş həm sizin, həm də bizim nəzarətimizdən çıxa bilər”.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan Hindistan rəhbərliyinə müraciətində bildirib.

O qeyd edib ki, ölkəsi mülki şəxslərə zərər vermək istəmir: “Əməkdaşlığa hazırıq. Ancaq indi oturub, bu məsələni necə həll edəcəyimizi birlkdə danışmağımız lazımdır. Sağlam düşüncənin qazanması vacibdir”.

Qeyd edək ki, Pakistan Hərbi Hava Qüvvələri fevralın 27-də ölkənin hava məkanını pozan Hindistana məxsus iki qırıcı təyyarəni vurub. Pakistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Kəşmirdə Hindistan təyyarələrinin vurulmasının məqsədi özünümüdafiəyə istək və döyüşə hazırlığın nümayişi olub.

Son xəbərlər

Orphus sistemi