İlon Mask "Tesla" və "SpaceX"ın "Facebook"dakı səhifələrini silib

İlon Mask "Tesla" və "SpaceX"ın "Facebook"dakı səhifələrini silib Onu bu addımı atmağa "Twitter" istifadəçiləri çağırıblar
Digər ölkələr
24 Mart , 2018 00:14
İlon Mask Tesla və SpaceXın Facebookdakı səhifələrini silib

Bakı. 24 mart. REPORT.AZ/ "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask onların "Facebook" sosial şəbəkəsindəki səhifələrini silib.

“Report” xəbər verir ki, onu belə bir addım atmağa "Twitter" istifadəçiləri səsləyiblər.

"Əgər kişisinizsə, "SpaceX"ın "Facebook"dakı səhifəsini silin", - deyə istifadəçilərdən biri yazıb.

Mask buna cavab olaraq öz şirkətlərinin sosial şəbəkədə səhifələrinin mövcudluğundan xəbərsiz olduğunu etiraf edib.

Hazırda "SpaceX" və "Tesla"nın "Facebook"da səhifəsi yoxdur.

Bundan əvvəl məlumat yayılıb ki, Britaniyanın "Massive Attack" qrupu "Cambridge Analytica" analitik şirkəti ilə bağlı qalmaqal səbəbindən "Facebook"dakı profilini silib. Analitik şirkət sosial şəbəkənin 50 milyon istifadəçisinə məxsus məlumatları qanunsuz olaraq əldə etməkdə ittiham olunur.

Bildirilir ki, şirkət istifadəçilərin məlumatlarını guya ABŞ-dakı seçicilərin psixoloji portretlərini tərtib etmək üçün toplayıb.

Son xəbərlər

Orphus sistemi