İlin əvvəlindən dəniz vasitəsi ilə Avropaya 25 min miqrant gəlib

İlin əvvəlindən dəniz vasitəsi ilə Avropaya 25 min miqrant gəlib Yolda ölənlərin sayı 559 nəfər təşkil edir
Digər ölkələr
25 Mart , 2017 02:03
İlin əvvəlindən dəniz vasitəsi ilə Avropaya 25 min miqrant gəlib

Bakı. 25 mart. REPORT.AZ/ İlin əvvəlindən Aralıq dənizi vasitəsi ilə Avropaya 25 mindən çox miqrant gəlib.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında qeyd olunur.

Məlumata görə, 2016-cı ilin analoji dövründə Avropaya 163 min miqrant gəlib. Bu il onların 80 faizdən çoxu İtaliyaya, 2016-cı ildə isə Yunanıstana üz tutub.

Yolda ölənlərin sayı 559 nəfər təşkil edir. Ötən ilin analoji dövründə 554 nəfər ölüb.

Bu il daha çox miqrant ölümü Aralıq dənizinin mərkəzi hissəsində, ötən il isə dənizin şərq hissəsində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi