Yuxarı

​İlin əvvəlindən Avropaya 520 mindən artıq miqrant gəlib

Avropa sahillərinə çatmaq istəyərkən 2 892 nəfər dənizdə batıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ İlin əvvəlindən Aralıq dənizi vasitəsilə Avropaya gələn miqrant və qaçqınların sayı 522 min 134 nəfərə çatıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cenevrədə yerləşən Beynəlxalq Miqrasiya Təşkilatından bildirilib.

Ən çox miqrant və qaçqınları Yunanıstan qəbul edib. Bu ölkədə onların sayı 388 min 324 nəfər olub. İtaliya 130 min 891 nəfəri qəbul edib. Yunanıstana gələnlərin əksəriyyəti (175 min 375 nəfər) suriyalılar və əfqanların (50 min 177 nəfər), İtaliyada sığınacaq tapanların çoxu eritreyalılar (30 min 708 nəfər) və nigeriyalılardır (15 min 113 nəfər).

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, sentyabrın 17-dən Avropada miqrant və qaçqınların sayı təxminən 49 min nəfər artıb. Avropa sahillərinə çatmaq istəyərkən 2 892 nəfər dənizdə bataraq həyatını itirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi