Bakı. 27 fevral. REPORT.AZ/ İki milyona yaxın suriyalı uşaq məhv olma təhlükəsi ilə üz-üzədir.
"Report" "Anadolu" Agentliyinə istindən xəbər verir ki, bunu BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarı Antoniu Quterriş bildirib. O, həmin uşaqları "itkin nəsil" adlandırıb.
Ali Komissarın sözlərinə görə, Suriyadakı silahlı qarşıdurma indiki günün ən böyük insanlıq böhranıdır: "Yaxın Şərq dövlətlərində Suriyadan olan 3,8 milyon qaçqın qeydə alınıb. Türkiyə dünyada ən çox qaçqın qəbul edən dövlətdir". O, deyib ki, İordaniya və Livan uyğun olaraq, 1,4 milyon və 750 min suriyalı qaçqın qəbul edib.
Xatırladaq ki, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Halit Çevik hazırda ölkəsində 1,6 milyon suriyalı qaçqının yaşadığını deyib: "Onlara yardım üçün 300 milyon dollar dəstək almışıq. Ancaq bu istiqamətdə təxminən 6 milyard dollar xərcləmişik".