İki "Boeing 737 MAX 8" təyyarəsi Aİ-nin hava məkanına buraxılmayıb

İki "Boeing 737 MAX 8" təyyarəsi Aİ-nin hava məkanına buraxılmayıb Çexiyanın Smartwings aşağı büdcəli aviaşirkətinə məxsus Boeing 737 MAX 8 təyyarələri Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) qüvvəyə minən direktivi səbəbi ilə Avropa İttifaqının (Aİ) hava məkanına buraxılmayıb.
Digər ölkələr
13 Mart , 2019 15:21
İki Boeing 737 MAX 8 təyyarəsi Aİ-nin hava məkanına buraxılmayıb

Çexiyanın "Smartwings" aşağı büdcəli aviaşirkətinə məxsus "Boeing 737 MAX 8" təyyarələri Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) qüvvəyə minən direktivi səbəbi ilə Avropa İttifaqının (Aİ) hava məkanına buraxılmayıb.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə məlumat verən aviadaşıyıcının nümayəndəsi Vladimir Dufkova bunun təyyarələrin havada olduğu zaman baş verdiyini söyləyib.

Onun sözlərinə görə, təyyarələr məcburiyyətdən Tunisdə və Ankarada eniş etməli olublar: "Bu iki təyyarədə olan yüzlərlə sərnişini təyinat nöqtəsinə çatdırmaq üçün başqa laynerlər göndərilib".

Şirkət rəsmisi əlavə edib ki, "Smartwings"in aviaparkı 7-si "Boeing 737 MAX 8" tipli olmaqla, təxminən, 50 sərnişin təyyarəsindən ibarətdir. "Boeing"lərdən müvəqqəti olaraq istifadə edilməyəcək", - o əlavə edib.

Xatırladaq ki, martın 10-da Efiopiyada baş vermiş təyyarə qəzası nəticəsində 157 nəfər ölüb. Əddis-Əbəbədən Nayrobiyə doğru uçan "Boeing 737 MAX 8" Efiopiya paytaxtından, təxminən, 60 km cənub-qərbdə (Bişoftu şəhəri yaxınlığında) yerə düşüb.

Qeyd edək ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Aİ ərazisində "Boeing 737 MAX 8" və "Boeing 737-9 MAX" tipli təyyarələrin uçuşlarını müvəqqəti olaraq qadağan edib.

Bundan əlavə, Avstraliya, Sinqapur, Malayziya, Oman, Çin, İndoneziya və Cənubi Koreyanın aviaşirkətlərində "Boeing 737 MAX 8" təyyarələrinin uçuşları dayandırılıb. Eyni zamanda ABŞ Federal Aviasiya İdarəsi hələlik "Boeing 737 MAX" təyyarələrinin uçuşlarını qadağan etməyəcəyini açıqlayıb. "Boeing" şirkəti isə bu tip təyyarələrin təhlükəsizliyinə əmin olduğunu qeyd etməklə yanaşı, tənzimləyicilərin uçuşların dayandırılması barədə qərarını anlayışla qarşıladığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi