İki alman şirkəti ABŞ-da sərhəd divarını inşa etmək istəyir

İki alman şirkəti ABŞ-da sərhəd divarını inşa etmək istəyir Yerli media Tramp divarlarını inşa etmək istəyən şirkətləri çətin addım atdıqlarını bildirib
Digər ölkələr
1 Aprel , 2017 06:29
İki alman şirkəti ABŞ-da sərhəd divarını inşa etmək istəyir
Courtesy İmage

Bakı. 1 aprel. REPORT.AZ/ İki alman şirkəti ABŞ-dakı divar inşası tenderində iştirak etmək istəyir.

"Report"un məlumatına görə, bu barədə "Sueddeutsche Zeitung" alman qəzeti xəbər verib.

Xəbərdə bildirilir ki, onlardan biri Şrobenhauzendən olan "Bauer AG" bavar şirkətidir. Həmin qurum prezident Donald Trampın Meksikadan olan qeyri-leqal miqrantlara qarşı mübarizə məqsədilə inşa etdirmək istədiyi divarın inşası tenderində qalib olmaq istəyir. Şirkət əvvəlcə qəzetin bununla bağlı sorğusuna cavab verməkdən imtina edib. Sonra isə vəziyyəti ört-basdır etməyə cəhd göstərib.

"Bauer AG" nəhayət cümə axşamı divar inşasında iştirak etmək istəmədiyini bildirib.

Tenderdə iştirak etmək istəyən 700 firma arasındakı ikinci alman şirkəti Mühnen arxitekrura bürosunun üzvü olan "Leupold Brown Goldbach"-dır. Bu barədə isə "İnopressa" xəbər verib.

Qəzet ilk öncə diqqqəti bu fakta yönəldib ki, Tramp divarlarını inşa etmək istəyən alman şirkətləri çox çətin addım atırlar. Çünki beton divar insanları azadlıqdan məhrum edir. Bu divarlar Almaniya tarixində da şanlı tarix olmayıb. Ona görə də buna razılıq verən hər bir şirkət öz ünvanına tənqidlərin olacağını nəzərə almalıdır. 

Son xəbərlər

Orphus sistemi