İki ABŞ sakini Qambiyada dövlət çevrilişinə cəhddə ittiham olunublar

İki ABŞ sakini Qambiyada dövlət çevrilişinə cəhddə ittiham olunublar İş üzrə məhkəmə iclasları Baltimor və Minneapolisdə keçiriləcək
Digər ölkələr
6 Yanvar , 2015 10:53
İki ABŞ sakini Qambiyada dövlət çevrilişinə cəhddə ittiham olunublar

Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ hökuməti əslən Qambiyadan olan iki nəfərə həmin ölkədə dövlət çevrilişinin təşkil olunması məqsədilə əlbir olmaqda ittiham irəli sürüb. "Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, 46 yaşlı Minnesota sakini Papa Faal və Texasdan olan 57 yaşlı Çerno Nciye mühakimə olunacaqlar.

Prokurorluğun məlumatına görə, P.Faal və Ç.Nciye ayrı-ayrılıqda Qambiyaya gedib və iğtişaşlarda iştirak ediblər. Daha sonra onlar ABŞ-a qayıdıb və burada həbs olunublar. İş üzrə məhkəmə iclasları Baltimor və Minneapolisdə keçiriləcək.

İkili vətəndaşlığı (ABŞ və Qambiya) olan Faal bildirib ki, 2014-cü ilin avqust ayında ABŞ-da sui-qəsdçilər qrupuna qoşulub. Onun iştirakçıları əsasən Birləşmiş Ştatlar və Almaniya ərazisində yaşayan qambiyalı immiqrantlar olub. Onların əksəriyyətinin silahlı qüvvələrdə xidmət təcrübəsi olub. 

Dövlət çevrilişinin hazırlığı çərçivəsində Faal Minnesotada yarımavtomat tüfənglər əldə edib və Qambiyaya göndərib.

Dekabr ayının 30-da Qambiyanın paytaxtı Banjulda prezident qvardiyasında qulluq etmiş insanlar da daxil olmaqla silahlı şəxslər dövlət başçısının sarayına hücum ediblər. Hücumçuları iqamətgahın mühafizəçiləri geri çəkilməyə məcbur edib. 

Son xəbərlər

Orphus sistemi