İjevsk şəhərində yaşayış binasının qismən uçması nəticəsində ölənlərin sayı 6-a çatıb - YENİLƏNİB-2

İjevsk şəhərində yaşayış binasının qismən uçması nəticəsində ölənlərin sayı 6-a çatıb - YENİLƏNİB-2 Daha bir insanın taleyi naməlumdur
Digər ölkələr
10 Noyabr , 2017 07:07
İjevsk şəhərində yaşayış binasının qismən uçması nəticəsində ölənlərin sayı 6-a çatıb - YENİLƏNİB-2
RİA "Novosti"

Bakı. 10 noyabr. REPORT.AZ/ Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasının bir hissəsinin uçması nəticəsində ölənlərin sayı 6-a çatıb.

"Report" xəbər verir ki, bu barədə TASS agentliyi fövqəladə xidmətlərə istinadən məlumat yayıb. 

Məlumatda bildirilir ki, qismən uçmuş evin dağıntıları altında daha bir nəfərin cəsədi aşkar edilib və xilasedicilər cəsədi oradan çıxarıblar. Beləliklə, ölənlərin sayı 6-a çatıb.

Məlumata görə, daha bir insanın taleyi naməlumdur.


***01:49

Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasının bir hissəsinin uçması nəticəsində ölənlərin sayı 5-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə Udmurtiya Respublikasının fövqəladə xidmətlərindəki mənbə məlumat yayıb.

"Ölənlərin sayı 5-ə çatıb. Xəstəxanada qadın dünyasını dəyişib", - deyə mənbə bildirib.

Hadisə zamanı daha 4 nəfər xəsarət alıb.


***23:26

Rusiyanın İjevsk şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 4-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, dağıntılar arasında 4-cü cəsəd tapılıb. Hadisə zamanı 8 nəfər xəsarət alıb. Onlardan 4-ü ölüb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yaşayış evinin uçması nəticəsində 1-ci mərtəbədən 9-cu mərtəbəyə qədər 8 mənzzil tamamilə dağılıb. 

Son xəbərlər

Orphus sistemi