İƏT-in Gənclər Forumu Türkiyənin Gənclər Günü münasibətilə İstanbulda tədbir keçirib

İƏT-in Gənclər Forumu Türkiyənin Gənclər Günü münasibətilə İstanbulda tədbir keçirib İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun (İƏT Gənclər Forumu) Türkiyənin Gənclər Günü münasibətilə tədbiri keçirilib.
Digər ölkələr
3 Sentyabr , 2019 14:28
İƏT-in Gənclər Forumu Türkiyənin Gənclər Günü münasibətilə İstanbulda tədbir keçirib

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun (İƏT Gənclər Forumu) Türkiyənin Gənclər Günü münasibətilə tədbiri keçirilib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbir müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Mərasimdə təşkilata üzv olan 56 ölkədən 250-dən çox gənc iştirak edib.

Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumunun rəhbəri Taha Ayhanın iştirak etdiyi tədbirdə ölkəmizi Gənclər və İdman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Həmçinin tədbirdə Mali Respublikasının idman və gənclər naziri Arouna Modibo Toure, təşkilata üzv ölkələrin Türkiyədəki nümayəndələri, Türkiyənin rəsmi şəxsləri, elm və mədəniyyət xadimləri, İstanbulda fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların əməkdaşları iştirak ediblər.

Tədbirin əsas məqsədi gənclər arasında maarifləndirmə işlərinin aparılması, mövcud əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi, yeni birgə fəaliyyətlərə imza atmaqdır.

Mərasim iştirakçılarını salamlayan Taha Ayhan gənclər arasında həmrəyliyin vacibliyini vurğulayıb. O, gənclərin cəmiyyətimizinin inkişafının təməl nöqtələrindən biri olmaqla yanaşı, quruculuq proseslərinin əsası olduğunu bildirib.

A.Rəhimov Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasətindən danışıb, gənclərin bütün sahələrdə aktiv fəaliyyətindən bəhs edib. Nazir Prezident İlham Əliyevin qərarı ilə gənclər siyasətinin gələcəyi ilə bağlı Azərbaycanda reallaşan layihələr haqqında da məlumat verib.

Tədbirdə dünya gənclərinin həmrəylik çağırışlarını əks etdirən videoçarx nümayiş etdirilib.

Daha sonra tədbirin gənclər arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, təşkilata üzv dövlətlərdə gənclər siyasəti ilə bağlı ən yaxşı təcrübələrin paylaşılması baxımından əhəmiyyəti vurğulanıb.

Sonda təşkilat fəallarına mükafatlar təqdim edilib.

Mərasim müzakirələrlə panel iclaslarında davam etdirilib.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi