İdlibdə döyüşlərdə ölən hərbçilərin sayı 50-yə çatıb, 100-dən çox yaralı var - YENİLƏNİB - VİDEO

İdlibdə döyüşlərdə ölən hərbçilərin sayı 50-yə çatıb, 100-dən çox yaralı var - YENİLƏNİB - VİDEO Suriyanın İdlib vilayətində gedən ağır döyüşlərdə ölən hərbçilərin sayı artıb.
Digər ölkələr
23 Yanvar , 2020 15:19
İdlibdə döyüşlərdə ölən hərbçilərin sayı 50-yə çatıb, 100-dən çox yaralı var - YENİLƏNİB - VİDEO

Suriyanın İdlib vilayətində gedən ağır döyüşlərdə ölən hərbçilərin sayı artıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, Bəşşar Əsədə sadiq qüvvələr 50 hərbçisini itirib, yaralıların sayı isə 100-ü ötüb.

Hücumun ardından rejim hərbçiləri İdlibin cənub-şərq hissələrindən geri çəkilib.

Məlumata görə, hücumu Türküstan İslam Partiyası və "Həyət Təhrir əş-Şam" terrorçu qruplaşmaları həyata keçiriblər.

Bu arada Avropa İttifaqı Suriyanın İdlib bölgəsində mülki vətəndaşlara qarşı törədilən hava hücumlarının qəbuledilməz olduğunu bəyan edib və dayandırılmasına çağırıb.

Məlumatlara görə, son iki gündə İdlibdə mülki vətəndaşlara qarşı hücumlarda 39 nəfər ölüb. Hücumlarda Rusiya qırıcıları, Bəşşar Əsədə sadiq qüvvələr və İranın dəstəklədiyi terrorçu qruplaşmalar iştirak ediblər.


*** 12:54

Suriyanın İdlib vilayətində Bəşşar Əsədə sadiq ordu ilə "Ən-Nusra" terrorçu qruplaşmasının silahlıları arasında ağır döyüşlər gedir.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Sülh Mərkəzi yayıb.

Belə ki, terrorçuların hücumu nəticəsində Bəşşər Əsədə sadiq ordunun 40 hərbçi ölüb, 80 nəfər isə yaralanıb. Mərkəz 50-yə yaxın terrorçunun öldürüldüyünü də əlavə edib. Eyni zamanda terrorçuların iki yaşayış məntəqəsini ələ keçirdiyi, rejim qüvvələrinin geri çəkildiyi bildirilib.

Suriya Müdafiə Nazirliyi isə “Ən-Nusra” terrorçularının səhər saatlarında hərbi məntəqəyə sızaraq hücuma başladığını yayıb.

Hazırda Suriya və Rusiyanın qırıcıları hazırda İdlibdə “Ən-Nüsrə” və digər silahlı qruplaşmaların mövqelərini bombalayır.

Xatırladaq ki, ayın əvvəlində Suriyanın dövlət KİV-i Dəməşqin hərbi əməliyyatları bərpa etdiyini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi