İdlibdə bazar bombardman edilib, 15 ölü, 20 yaralı

İdlibdə bazar bombardman edilib, 15 ölü, 20 yaralı Ölənlər arasında qadınlar və uşaqlar da var
Digər ölkələr
31 Yanvar , 2018 01:09
İdlibdə bazar bombardman edilib, 15 ölü, 20 yaralı
Courtesy İmage

Bakı. 31 yanvar. REPORT.AZ/ Suriyada bazar bombardman edilib.

"Report"un məlumatına görə, bu barədə "İhlas" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə İdlib şəhərində qeydə alınıb. Belə ki, Ariha ərazisindəki "Alhall" bazarının Bəşər Əsədin tərəfdarları olan hərbçilər tərəfindən bombardman edilməsi nəticəsində 15 nəfər həlak olub, daha 20 nəfər yaralanıb.

Ölənlər arasında qadınlar və uşaqlar da var. Yaralılar xəstəxanalara çatdırılıb.

Son xəbərlər

Orphus sistemi