"Hitrou" hava limanında uçuşlar təhlükəsizliyə görə təxirə salınıb

"Hitrou" hava limanında uçuşlar təhlükəsizliyə görə təxirə salınıb Doqquz reysin uçuşu təxirə salınıb
Digər ölkələr
2036
5 May , 2017 14:45
Hitrou hava limanında uçuşlar təhlükəsizliyə görə təxirə salınıb

Bakı. 5 may. REPORT.AZ/ Londonun "Hitrou" hava limanında təyyarə uçuşları təhlükəsizliyə görə dayandırılıb.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Aeroport nümayəndəsi reyslərin qısa müddətə təxirə salındığını bildirib. Hazırda hava limanında polis çalışır.

"The Sun" nəşri gecikmələrin minlərlə sərnişinə təsir etdiyini yazıb.

"Hitrou" aeroportunun saytı isə 9 reys üzrə uçuşların təxirə salındığını xəbər verib.

Son xəbərlər

Orphus sistemi